Modern.az

Qarabağa narkotik daşınmasının qarşını alınıb

Qarabağa narkotik daşınmasının qarşını alınıb

30 Noyabr 2021, 11:25

"İşğaldan azad edilmiş torpaqlarımızda illərlə narkotik vasitələrin əkilib-becərilməsi və daşınması ilə bağlı məlumatımız var. Artıq o torpaqlarda narkotik vasitələrin həm daşınması, həm də əkilib-becərilməsinin qarşını alınıb".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə cəmiyyətinin sağlamlığıdır” mövzusunda birgə dinləməsində çıxışı zamanı Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

 

Adil Əliyev ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb.

Bildirib ki, narkomaniya ilə cəmiyyət olaraq mübarizə aparmalıyıq.

"Maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir. Məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var. Sənədli filmlərin hazırlanıb mətbuatda yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər".

Milli Məclis sədrinin müavini qeyd edib ki, narkomaniya ailələrin bədbəxtliyinə, həmin ailədə böyüyən uşaqların psixologiyasına mənfi təsir edir.

"Aidiyyəti qurumlar narkomaniyaya qarşı ciddi mübarizə aparır. Nə qədər mübarizə aparılsa da, hələ ki bunun kökünü kəsmək mümkün olmayıb. Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi