Modern.az

Komitə sədri Mahir Qabiloğlunun 55 yaşını təbrik etdi - FOTO

Komitə sədri Mahir Qabiloğlunun 55 yaşını təbrik etdi - FOTO

30 Noyabr 2021, 12:23

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva  yazıçı, publisist Mahir Qabiloğlu ilə görüşüb, onu qarşıdan gələn yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb. Modern.az-ın məlumatına görə, Q.Paşayeva bildirib:

“Hörmətli Mahir müəllim!

Sizi – tanınmış yazıçı və publisisti 55 illik əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Siz ali təhsilli filoloqsuz, müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin “Dədə-Qorqud Ensiklopediyası”nda ədəbi işçi, AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor, “Space” televiziyasının “Hər gün” İnformasiya Proqramında Baş redaktorun müavini, “Xalq qəzeti”nin Redaksiya heyətinin üzvü və şöbə müdiri vəzifələrində çalışmısınız.

Siz Xalq şairi QABİLin layiqli davamçısı, ustadın irsinin təbliğ və tərənnümçüsü olmaqla yanaşı, həm də hekayələriniz, tərcümələriniz, publisistik yazılarınızla məşhurlaşmısınız. Son illər roman janrında qələminizi sınayaraq Sizə şöhrət gətirən əsərlər yazmısınız. Hazırda Modern.az saytının köşə yazarısız; bədii, publisistik yazılarınız və tərcümələriniz müxtəlif qəzet, jurnal və saytlarda yayımlanır.

Siz Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, DGTYB-nin fəxri üzvüsünüz. “Sərhəd Qoşunları-100” yubiley medalıyla təltif olunmusunuz.

“Atam Qabilin qəribə əhvalatları” (2011), “Ərmən – Şuşanikin sevgisi” (2014), “Cəncəhim” (roman - 2014),  “Qurd yağı” (povest və hekayələr - 2015), “Sandıq” (2015), “Əlli yaşında mən...” (2016), Leyla xanım Əliyevadan tərcümələrin toplandığı “Poeziya” (2016), “Tanınmış tanışlar” (2018) adlı kitablarınız, son vaxtlar isə roman-trilogiyanız oxuculara təqdim olunub. Xalq şairi Qabilin yeddicildlik külliyyatının (“Adiloğlu” nəşriyyatı-2017) tərtibçisi, redaktoru və naşirisiniz.

Sizi 55 illik yubileyiniz münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı, yeni yaradcılıq uğurları arzulayıram!”.

Komitə sədri yubilyara Qarabağ motivli xatirə hədiyyəsi və Komitə adından Təbrik məktubu təqdim edib.

M.Qabiloğlu səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, yeni çıxmış kitabını onun üçün imzalayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir