Modern.az

“SOCAR Türkiyə”nin baş direktoru: “Ən böyük investora çevrilmişik”

“SOCAR Türkiyə”nin baş direktoru: “Ən böyük investora çevrilmişik”

Aktual

30 Noyabr 2021, 12:30

“Pandemiyaya və qlobal böhrana baxmayaraq, 2021-ci ili yaxşı nəticələrlə bitirə bilirik”.

 

Modern.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə keçirilən mmətbuat konfransında deyib.

 

O bildirib ki, son beş ildə şirkət Türkiyənin ən böyük investoruna çevrilib:

 

“Son illərdəki ən böyük nailiyyətlərimizdən biri Türkiyədə ən böyük sənaye holdinqi ünvanını almağımızdır. Bu gün Türkiyədə 10 mindən çox insanı işlə təmin edirik”.

 

Baş direktor 12 il ərzində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb:

 

“Bu illər ərzində nəhəng layihələrə imza atılıb. Artıq investisiyaların ilkin mərhələsi bitib, biz bundan sonra investisiya layihələrinin effektiv çalışmasını həyata keçirəcəyik”.

O qeyd edib ki, şirkətin Türkiyədə 20-yə yaxın biznesi mövcuddur. Bu günə qədər “SOCAR Terminal”, “Petkim”, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib.

 

Pünhan Musayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir