Modern.az

BNA hesabat verdi

BNA hesabat verdi

Aktual

30 Noyabr 2021, 13:00

Ötən həftə ərizndə Bakı Nəqliyyat Agentliyi tərəfindən “Şəhər Nəqliyyat”ında İctimai Nəqliyyat Yol Hərəkəti Təhlükəsizliyi və Nəqliyyat İnfrastrukturu ilə bağlı görülən işlərin icmalı açıqlanıb.

 

Modern.az BNA-nın həftəlik icmalını təqdim edir:

 

- 2 nömrəli maşrutun hərəkət sxemi optimallaşdırılıb. Nəticədə, Dərnəgül metrostansiyası və 7-ci mikrarayon ətrafında məskunlaşmış sakinlərin N.Nərimanov və Nizami metrostansiyası  istiqamətində birbaşa gedişləri təmin edilib.

 

- 13 küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb. Ş.Mehdiyev küçəsindəki səki inşa olunub. Görülən işlər sayəsində piyadaların təhlükəsizliyi artırılıb, əlçatanlıq və rahatlıq təmin edilib. Cari ay ərzində küçə və prospektlərdə piyada zolaqlarının yenilənnməsi təmin edilib.

 

- 18 küçə və prospektdə 150-yə yaxın yol nişanı quraşdırılıb. 2 kəsişmədə sarı kəsişmə toru çəkilib. Yol iştirakçılarının rahat və təhlükəsiz hərəkəti təmin edilib. Yol nəqliyyat hadisələrinin başvermə riski azaldılıb. Carı il ərzində yol nişanı üzrə illik hədəfin 71%-i yerinə yetirilib.

 

- 10 küçə və prospektdə piyada zolağı yenilənib. 2 küçə və prospektdə isə yeni piyada keçidi təşkil olunub. Yol şəraiti yaxşılaşdırılıb, piyada təhlükəsizliyi artırılıb, piyadaların iştirakı ilə yaranan yol nəqliyyat hadisələrinin başvermə riski azaldılıb.

 

- 2 küçə və prospektdə 5 yeni dayanacaq məntəqəsi istifadəyə verilib. Nəticədə, sərnişinlərin rahatlıq və təhlükəsizliyi təmin edilib. Son iki ay ərzində müxtəlif ünvanlarda 50-yə yaxın dayanacaq məntəqəsi təkil edilib.

- 95,148 və 192 saylı  məktəblər ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Tədris müəssisələrinin ətrafında “MƏKTƏB YAVAŞ” sözləri yazılıb, piyada zolaqları yenilənib. Bununla da, 2000-dən artıq şagird, müəllim və valideyn heyətinin təhlükəsizliyi artırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir