Modern.az

Bakıdan Naxçıvana iki reys gecikir - SƏBƏB

Bakıdan Naxçıvana iki reys gecikir - SƏBƏB

Aktual

30 Noyabr 2021, 13:05

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

 

"Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar", - AZAL-dan bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı