 
                                “Qeyri-səlis məntiqin atası kimi tanınan məşhur Azərbaycan alimi Lütfi Zadəni şərəfləndirən Google Doodle-ı görmək bizi çox sevindirdi”. 
 
 Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında qeyd edilib.
 
 “Lüfti Zadə yaradıcılığı və nailiyyətləri ilə həm amerikalılar, həm də azərbaycanlılar üçün mühüm yer tutan şəxsiyyətdir. Biz onun elmi işlərinin çoxsaylı müasir texnologiyaların, o cümlədən üz tanıma sisteminin, istehlak məhsulları, metro qatarları və ''decision support system''nin əsası olduğunu bilirik”,- səfirlik bəyan edib.
Xatırladaq ki, bu gün dünyanın aparıcı internet-axtarış saytı olan "Google" dahi azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib.