Modern.az

Türkiyə Azərbaycana başsağlığı verdi

Türkiyə Azərbaycana başsağlığı verdi

Hadisə

30 Noyabr 2021, 14:20

Türkiyə Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi Tviter hesabında paylaşım edilib.

 

Paylaşımda deyilir:

 

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirik”.

 

Türkiyə XİN-in rəsmi tviter hesabında da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verilib.

 

 

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Rəsmi məlumata görə, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir