Modern.az

Çavuşoğlu ATƏT-in iclasına gedəcək

Çavuşoğlu ATƏT-in iclasına gedəcək

Aktual

30 Noyabr 2021, 14:55

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının XXVIII iclasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

 

Bildirilib ki, toplantı dekabrın 2-3-də İsveçin paytaxtı Stokholmda keçiriləcək.

 

İclasda qurumun gündəliyindəki məsələlər müzakirə olunacaq.

 

Eyni zamanda, türkiyəli nazirin həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı