Modern.az

Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ

Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ

30 Noyabr 2021, 15:38

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.

 

Modern.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, H. Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

 

“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.

 

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir