Modern.az

Sağalanlar yoluxanları ÜSTƏLƏDİ -23 nəfər öldü

Sağalanlar yoluxanları ÜSTƏLƏDİ -23 nəfər öldü

30 Noyabr 2021, 16:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir.

 

Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi