Modern.az

Helikopter qəzasında həlak olanların şəkilləri YAYILDI

Helikopter qəzasında həlak olanların şəkilləri YAYILDI

30 Noyabr 2021, 17:00

Xəbər verildiyi kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.


Modern.az saytı
 Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar.

  1. 1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;
    2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
    3. Mayor Həsənov Elmir Mircəlil oğlu;
    4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
    5. Mayor Mayılov Emil Şahid oğlu;
    6. Mayor Məmmədov Murad Yaşar oğlu;
    7. Mayor Əliyev Emil Elman oğlu;
    8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
    9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;
    10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
    11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
    12. Leytenant Süleymanov Abdulla Telman oğlu;
    13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
    14. İşçi Nəbiyev Elçin Fikrət oğlu.


Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.


Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

 

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.


Modern.az həlak olan hərbçilərin sosial şəbəkələrdə yayılan şəkillərini təqdim edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi