Modern.az

Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI

Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI

30 Noyabr 2021, 21:57

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

 

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

 

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir