Modern.az

“Nurunun çayxanası”, ilk sevgim - Laçınlı şairin ARZULARI

“Nurunun çayxanası”, ilk sevgim - Laçınlı şairin ARZULARI

Aktual

1 Dekabr 2021, 15:16

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb.

 

Laçınlı şair İlham Qəhrəman rayonun azadlığının 1 ililə bağlı Modern.az-a danışıb:

 

“Laçını ziyarət etməmişəm. Ziyarət üçün getmişdim, ancaq mina təhlükəsi məsələsinə görə məni Horadizdən getməyə qoymadılar. Laçına getməyi çox istəyirəm, işğal müddətində Laçın haqqında yurd həsrətli yazıları ən çox mən yazmışam. Laçınla bağlı arzum, laçınlıların arzusu yurda dönmək, orada məskunlaşmaqdır”.

 

 

“Laçınla bağlı yaddaşımdan heç vaxt silinməyəcək xatirə mənə dərs deyən müəllimlərim və ilk sevgimin məkanıdır. Bizim sevgimiz, yurdumuz, folklorumuz işğal olunmuşdu. Azad Laçını qonaq-qaralı görmək istərdim. Vətəni deməklə yox, görməklə sevirlər. Laçının küçələrində gəzməyi, köhnə simalarla qarşılaşmağı o qədər istəyirəm. Bir çayxana var idi adı “Nurunun çayxanası” idi. Gedib orada dostlarımla çay içmək ən böyük arzumdur”, - deyə şair bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı