Modern.az

Bəzi mənzillərdə istilik yoxdur – “Səbəbkar abonent özüdür”

Bəzi mənzillərdə istilik yoxdur – “Səbəbkar abonent özüdür”

1 Dekabr 2021, 15:40

Noyabrdan etibarən “Azəristiliktəchizat” mənzillərə istilik verməyə başlayıb. Ötən müddətdə bəzi binalardakı mənzillər verilən istiliklə qızdırılsa da, digərlərindən istiliyin nə olduğundan xəbərsizdir.

 

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a açıqlama verib.

 

R.Əliyev bildirib ki, bunun iki cavabı var: qazanxana istisamara yararlıdı, ya da yararsızdı.

 

Onun sözlərinə görə, qazanxana istismara yararlıdırsa, payız-qış mövsümündə işləməsi nəzərdə tutulur, yararsızdırsa, işləmir:

 

“Bu gün “Azəristiliktəhcizat”ın payız-qış mövsümündə işləməsi nəzərdə tutulan 561 qazanxanasının hamısı istismara yararlıdır. Baxmayaraq ki, aralarında təzə, modern, köhnə tipli qazanxana var. Hamısı istismara yararlıdı və isti rejimdə çalışır. Binalara verilən istiliyin temperaturu təzə və köhnə qazanxanalarda ətraf mühitin temperaturundan asılı olaraq tənzimlənir. Həmçinin, bayırdakı temperatura uyğun olaraq mənzillərə istilik verilir”.

 

 

R.Əliyev qeyd edib ki, bəzi binaların mənzillərində istilik zəif və ya normal ola bilər:

 

“Amma bunun səbəbi qazanxanalar deyil. Binaya bir xətt gəlir. Qazanxanadan istilik bir boru ilə çıxır. Ətrafdakı bütün binalara da paylanır. Su bir qazanda qızır, məhəllədaxili xətlə şəbəkələr vasitəsilə binalara bölünür. Bəzi mənzillərin yaxşı, bəzilərinin isə zəif istiliklə təmin olunmasının səbəbi qazanxananın təzə və ya köhnə olması ilə bağlı deyil. Hansı mənzillərin içində problem varsa, orada problem yaranır.

 

Mənzildaxili istilik xətləri bərpa olunarkən, texnoloji ardıcıllığın pozulması nəticəsində, qızdırıcı cihazların yeri dəyişilir, yaxud usta işləyərkən borular bəzən düzgün qaynaq edilmir və.s. Bu kimi hallar istiliyin keyfiyyətinə təsir edir. Bütün bunlar kifayət qədər mənzildaxili və binadaxilində sakinlərə arzuolunmaz problemlər yaşadır”.

 

Qurum rəsmisi vətəndaşalara müraciət edərək qeyd edib ki, bu kimi problemlər yarandıqda “Azəristiliktəhcizat”ın 956 çağrı mərkəzinə müraciət etsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü