Modern.az

3 hərbçi Şəhidlər Xiyabanında dəfn edilmədi

3 hərbçi Şəhidlər Xiyabanında dəfn edilmədi

Aktual

1 Dekabr 2021, 15:52

Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.

 

Modern.az xəbər verir ki, ailələrinin istəyilə 3 şəhid hərbçi - polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunub.

 

Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır