Modern.az

Baş nazir müavinləri bu gün Moskvaya toplaşır - Liderlərin razılaşdırdıqları qərarlar açıqlanacaq

Baş nazir müavinləri bu gün Moskvaya toplaşır - Liderlərin razılaşdırdıqları qərarlar açıqlanacaq

Aktual

1 Dekabr 2021, 16:10

Dekabrın 1-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.


Görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq.


Xatırladaq ki, sözügüdən işçi qrupu Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işləmək üçün yaradılıb.

Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, prezident Vladimir Putin baş nazir müavinlərinin Moskvada bir araya gələcəklərini bəyan etmişdi. 

Bugünkü görüşdə liderlərin noyabrın 26-da razılaşdırdıqları qərarlar açıqlanacaq.

Qeyd olunur ki, ilin sonuna kimi iki ölkə arasında delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması da planlaşdırılır.

 
A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?