Modern.az

Avropa İttifaqından “Zəngəzur dəhlizi” ilə bağlı AÇIQLAMA

Avropa İttifaqından “Zəngəzur dəhlizi” ilə bağlı AÇIQLAMA

1 Dekabr 2021, 16:24

“Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü baş tutdu və tərəflər müəyyən məsələləri razılaşdırdılar”.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Rusiya, “Şərq Tərəfdaşlığı”, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə Avropa Xarici Fəaliyyət İdarəsinin icraçı direktoru Luk Pierre deyib.


“Onlar regionda təhlükəsizliyinin gücləndirilməsi səyləri, delimitasiya və demarkasiya məsələləri ilə bağlı komissiyanın yaradılması, Rusiyanın da bu komissiyada iştirakı barədə razılığa gəliblər. Görüşdə, həmçinin, koridor məsələsi də müzakirə olundu. Bu koridor Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Qafqaz bizim diqqətimizdədir. Bu regionun ölkələri "Şərq Tərəfdaşlığı"na üzvdür. Ancaq fakt odur ki, regionda hərb hələ də var və orada hazırkı mərhələdə yalnız Rusiya mövcuddur. Saxlanılanlar və minalar məsələsi isə işləri daha da mürəkkəbləşdirir. Rasional olmaq lazımdır, bu iki məsələ həll edilməyincə, sülhə meyl də olmayacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu