Modern.az

Prezidentin Qarabağa təyin etdiyi xüsusi nümayəndə - DOSYE

Prezidentin Qarabağa təyin etdiyi xüsusi nümayəndə - DOSYE

1 Dekabr 2021, 16:49

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Sərəncama əsasən, Emin Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək.


Modern.az saytı Emin Hüseynovun qısa tərcümeyi halını təqdim edir:

 

Emin Zamin oğlu Hüseynov 1974-cü ildə Sumqayıtda anadan olub. Orta təhsilini də Sumqayıtda alib.

 

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

 

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

 

E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş direktoru vəzifəsində çalışıb. Bundan əlavə ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru vəzifəsində çalışıb.

 

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

 

Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E. Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

 

29 avqust 2018-ci il tarixində isə Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.


2021-ci ilin 24 mayında Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi