Modern.az

Almaniya səfirindən başsağlığı

Almaniya səfirindən başsağlığı

Aktual

1 Dekabr 2021, 16:59

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Səfir həmçinin, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevə də başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində bildirilib.

 

“Hörmətli cənab Prezident!

Böyük bir kədər hissi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması xəbərini aldım. Mühüm xidməti vəzifələrini yerinə yetirən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının itkisinə görə dərin hüznlə öz başsağlığımı Sizə bildirmək istəyirəm. Fikirlərimiz həmçinin rəhmətə gedənlərin ailələriylədir”.

Ötən gün saat Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!