Modern.az

“ATƏT-in Minsk Qrupu formatı normal işləmir” - Avropalı deputat

“ATƏT-in Minsk Qrupu formatı normal işləmir” - Avropalı deputat

1 Dekabr 2021, 17:16

“Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel iki tərəf arasında vasitəçilik danışıqları keçirəcək, amma bu, kifayət deyil. Uzunmüddətli təhlükəsizlik mexanizmi üzərində işləməliyik. Düşünürəm ki, Fransa Avropa İttifaqı adından dürüst vasitəçi olmayıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Avropa Parlamentindəki deputatı Viola von Kramon-Taubadel Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələr zamanı deyib.

 

“Mən digər həmkarlarımın fikirlərini bölüşürəm ki, ATƏT-in Minsk Qrupu formatı normal işləmir. Bununla birlikdə Aİ bu münaqişənin həlli istiqamətində yoxdur. Sadəcə, telefon zəngləri iki tərəf arasında uzunmüddətli təhlükəsizliyin təmini üçün kifayət deyil”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir