Modern.az

ABŞ Yunanıstana hərbi sərmayələrini artırır

ABŞ Yunanıstana hərbi sərmayələrini artırır

1 Dekabr 2021, 19:10

ABŞ-ın Yunanıstandakı Larissa hərbi bazasına 33,5 milyon dollar sərmayə qoyacağı bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti yazıb.

 

Məlumatda ABŞ-ın Yunanıstan ilə oktyabr ayında imzaladığı Qarşılıqlı Müdafiə Əməkdaşlıq Müqaviləsi sonrasında Larissa aviabazasında iki anqar və bir dəstək binasının tikintisi üçün 33,5 milyon dollar sərmayə qoyacağı bildirilib.

 

Xəbərdə bazanın ABŞ-ın Avropadakı aviasiya birlikləri (USAFE) tərəfindən sabit liman kimi istifadə ediləcəyi, Yunanıstanın silahlanma proqramı ilə bağlı ABŞ-dan yeni təkliflərin də gözlənildiyi qeyd edilib.

 

Məlumata görə, ABŞ-a məxsus 73 helikopter və 995 texnika bu həftə Aleksandrupoli limanı vasitəsilə Yunanıstana gələcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir