Modern.az

Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq

Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq

1 Dekabr 2021, 19:25

Mərkəzi Amerika regionunda yerləşən Hondurasda solçu Azadlıq və Yenidənqurma Partiyasının namizədi Xiomara Kastro ölkənin tarixində ilk qadın prezidenti olacaq.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bazar günü ölkədə keçirilən seçkilərdə ilk qeyri-rəsmi nəticələrə görə, Kastro ən yaxın rəqibi Nasri Asfuranı 20 faiz səs qabaqlayıb.

 

12 ildir hakimiyyətdə olan, müxtəlif qalmaqallar və korrupsiya ittihamları ilə sarsılan sağçı Milli Partiya məğlubiyyətini etiraf edib.

 

Kastro prezident postunu ölkədə qütbləşməyə səbəb olmaqda ittiham olunan Xuan Orlando Hernandesdən təhvil alacaq.

 

Xuan Orlando Hernandezin qardaşı Antonio Hernandez narkotik ticarəti ittihamı ilə ABŞ-da həbs edilib. Prezident Hernandez də narkotik ticarəti ilə məşğul olmaqda ittiham olunur.

 

Kastronun həyat yoldaşı Manuel Zelaya 2006-2009-cu illərdə Honduras prezidenti olub və hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.

 

Həmin müddətdən sonra keçirilən iki seçkidə Kastro prezidentliyə namizəd olsa da, seçkiləri qazana bilməyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir