Modern.az

Qırğızıstan-Tacikistan sərhədində atışma

Qırğızıstan-Tacikistan sərhədində atışma

Dünya

1 Dekabr 2021, 22:53

Qırğızıstanla Tacikistan arasında sərhədin mübahisəli hissəsində atışma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

 

 

Qırğızıstanın Batken vilayətində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutublar.

 

Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəhbərləri dərhal hadisə yerinə gəliblər, onlar atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar. Hadisə ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir