Modern.az

Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinə dəyişiklər ediləcək

Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinə dəyişiklər ediləcək

19 Fevral 2010, 15:21

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası olub. Modern.az xəbər verir ki, komitənin sədri Valeh Ələsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum aktının tətbiqi ilə əlaqədar “Qiymətli metallar və qiymətli daşlar haqqında”, həmçinin “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunlara redaktə xarakterli dəyişikliklər təklif olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə və Meşə Məcəlləsində dəqiqləşdirmə aparılması ilə əlaqədar dəyişikliklər edilməlidir.

Deputatlar bu dəyişikliklərin qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından zəruriliyini vurğulayıblar.

Sonra Valeh Ələsgərov gündəlikdəki digər məsələ, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, 49 ölkə bu Konvensiyaya qoşulub və dünya tonnajının 80 faizi məhz bu dövlətlər vasitəsilə həyata keçirlir. Azərbaycanın bu Konvensiyaya qoşulması onun beynəlxalq ticarət dövriyyəsinin artmasına, eləcə də əlaqələrinin inkişafına müsbət təsir göstərəcək. Müzakirələrin sonunda hər üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi