Modern.az

Əfqanıstan-İran sərhədində ATIŞMA

Əfqanıstan-İran sərhədində ATIŞMA

Dünya

2 Dekabr 2021, 00:33

Əfqanıstandakı "Taliban" hərəkatının üzvləri ilə İran sərhədçiləri arasında atışma yaşanıb.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi Tolo News telekanalına bildirib.

 

Nimroz əyalətində baş vermiş atışmanın artıq başa çatdığı qeyd olunur. 


Daha əvvəl Əfqanıstan mediası hərəkatla İran sərhədçiləri arasında atışma olduğunu xəbər vermişdi. İranın "Tasnim" agentliyi atışmaya səbəb kimi fermerlərin sərhədi pozduğunu göstərib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır