Modern.az

ABŞ Çin və Rusiya ilə rəqabətini kosmosa daşıyır

ABŞ Çin və Rusiya ilə rəqabətini kosmosa daşıyır

2 Dekabr 2021, 00:50

ABŞ prezidenti Co Bayden Çin və Rusiyanın kosmik məkanda son təcrübə və araşdırmalardan sonra kosmosda mülki, kommersiya və milli təhlükəsizliklə bağlı narahatlıqları həll etmək üçün yeni strategiya elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada qeyd olunur.

 

Milli Kosmik Şuranın yaxın günlərdə toplanması barədə göstəriş verən Bayden vitse-prezident Kamala Harrisi Şuraya rəhbər təyin edib.

 

Şuraya Harrislə yanaşı, ABŞ dövlət katibi, müdafiə, daxili işlər nazirləri və Baydenin milli təhlükəsizlik, iqtisadiyyat və daxili siyasət kimi sahələrdə müşavirləri də daxil olacaq.

 

Həmin görüşdə Harrisin hökumət orqanlarından “kosmosda məsuliyyətli davranış qaydaları və normaları formalaşdırmaq və inkişaf etdirmək” tələbi ilə çıxış edəcəyi gözlənilir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı