Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə bunu RİA Novosti agentliyinə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, respublikanın yenilənmiş Konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkilərinin keçiriləcəyi istisna edilmir:
İndi qanuna dəyişikliklər layihəsi hazırlanır, bu məsələ ilə bağlı referendum 2022-ci ilin fevralından gec olmayaraq keçiriləcək. Bundan sonra daha çox ictimai müzakirənin olacağı gözlənilir.