Modern.az

Birliyimiz əbədi olmalıdır

Birliyimiz əbədi olmalıdır

Parlament

2 Dekabr 2021, 21:51

30 ilədək işğal altında qalan torpaqlarımızın azad edilməsində milli birliyimiz əsas rol oynadı. Böyük tarixi qələbə nəticəsində millətimizin üstündəki ləkə silindi, qalib olduq. İndi qarşımızda dayanan başlıca vəzifə işğaldan qurtarılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını dirçəltmək, bərpa etmək və oralara həyat verməkdir. Bundan ötrü bizə yenə də milli birlik gərəkdir. Biz bir olanda, ölkəmizdə sabitlik hökm sürəndə daim məqsədlərimizə nail olmuşuq. Lakin bu vəziyyət bədxahlarımızı narahat edir. Azərbaycanda sabitsizlik yaratmaq düşmənlərimizin arzusu və planlarıdır. 

 

        Bir millət olaraq biz bu planları yenə də alt-üst etməliyik. Birliyimiz daimi olmalıdır! Diriliyimiz birliyimizdədir!

 

Musa Qasımlı

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir