Modern.az

Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ

Aktual

2 Dekabr 2021, 22:42

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya xarici işlər naziri Maykl Linhartla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Avstriya XİN başçısı "Twitter"də bildirib.

 

"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya - Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", Avstriya XİN başçısı bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir