Modern.az

Dünya Bankından Əfqanıstana 280 milyon dollar

Dünya Bankından Əfqanıstana 280 milyon dollar

3 Dekabr 2021, 00:43

Dünya Bankının Direktorlar Şurası dondurulmuş Əfqanıstanın Yenidənqurma Fondundan Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən həyata keçirilən humanitar proqramlar üçün 280 milyon dolların ayrılmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən yazıb.

 

Agentliyin məlumatına görə, daha əvvəl idarə heyətinin üzvləri qeyri-rəsmi olaraq 1,5 milyard dollarlıq fondla 500 milyon dollara qədər vəsaitin dondurulmasını müzakirə ediblər.

 

Vəsaitin ÜƏP və UNICEF-ə köçürülməsi üçün qərar ABŞ da daxil olmaqla fondun 31 donorunun hər biri tərəfindən təsdiqlənməlidir. Ağ Ev və ABŞ Maliyyə Nazirliyi “Reuters”in sorğularına cavab verməyib. Dünya Bankının nümayəndəsi agentliyə bildirib ki, məsələ həqiqətən də müzakirə olunub və dekabrın 3-də fondun donorlarının görüşü nəzərdə tutulub.

 

Avqustun ortalarından Əfqanıstan “Taliban” ölkədə hakimiyyəti ələ keçirib, ölkənin keçmiş prezidenti Əşrəf Qani qaçıb. “Taliban” Əfqanıstanda müvəqqəti hökumət yaradıb. Bir gün əvvəl ABŞ Dövlət Departamenti Dohadakı danışıqlardan sonra ABŞ-ın Əfqanıstandakı humanitar təşkilatların hərəkətlərinə dəstək verəcəyini açıqlamışdı. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir