Modern.az

Xalq artisti Fərhad Bədəlbəyli ilə FOTOSÖHBƏT

Xalq artisti Fərhad Bədəlbəyli ilə FOTOSÖHBƏT

Fotosöhbət

10 Dekabr 2012, 08:15

Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda anadan olub. 1965-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1969-1971-ci illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 
Bu gün istedadlı sənətkar F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri - Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexiya, İsveçrə, Yaponiya və digər ölkələri əhatə edir. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb.
1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunun üzvüdür. F.Bədəlbəyli 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 1976-cı ildən burada dosent, 1983-cü ildən professordur.
F.Bədəlbəyli 1991-ci ildən Bakı Musiqi Akademiyasının rektorudur. Azərbaycanın Əməkdar artisti (1972), Xalq artisti (1978), SSRİ xalq artistidir (1990). Azərbaycanın Dövlət Mükafatı Laureatıdır. Ailəllidir, bir qızı var.


Atam və mən, yəqin ki, hansısa musiqini mənim üçün zümzümə edir... 


 

Mənimlə fotosöhbət etmək istəyən oxucu gərək birinci bu şəkildən başlasın... 

 

Dostum Rauf Məmmədovla. Hazırda biznesmendir...

 

Anamla birlikdə...


 

Bacım və sağdan ikinci şəkildə isə dostlarımla - Bəstəkar  Rəşid Əfəndiyev, Fikrət Zərbəliyev (Bakılı cəmiyyətinin sədri), mən. 

Atam və anam çox yaraşıqlı olublar....


 

Maraqlı şəkildir, atamla zarafat edirik... Aşağıdakı şəkildə isə itim Ceriklə oynayırdım. İtləri çox sevirəm...

 

Anamla Leninqradda...


Soltan Hacıbəyov, atam, SSRİ xalq artisti Leyla Vəkilova, Süleyman Əlsəgərovun qızı, oğlu və mən. Çox unikal bir fotodur.

 

Elə uşaqlıqdan ətrafımda xeyli dostum olub. Çünki dostpərəstəm...


 

Təxminən 14-15 yaşım olar. Bu yaş dövründə siz məni belə, tanıya bilərsiniz. Çox romantik, hər bir gözəl xanıma vurulan cavan oğlan.

 

Atamın qanı qaralıb burda, deyəsən pianonu kökləyən naşı idi. Alma yeyərək, gözləyirəm ki, o işini qurtarsın mən məşqə başlayım.

 

Ədəbiyyat və tarixi həmişə sevmişəm. Fizika və riyaziyyat fənnlərində isə problemlər yaşamışam, atam da kömək edir.


 

Gördüyünüz kimi, uşaq vaxtı da çox "simpatiçni" oğlan olmuşam...

 

Atamla Moskvada olarkən. Ata-bala nəsə maraqlı söhbət edirik...

 

Burada isə məşq edirəm. Musiqi ilə məşğul olduğum kimi, fiziki məşqlə də məşğul oluram.


 

Bu foto zarafatla çəklilib. Şəklin adı şənbədir. Çünki əlimizi burnumuza bu cür soxanda, deyirlər ki, şənbədir ki, sən belə şey edirsən. Guya ki, şənbə günü belə şey olar.

 

Balaca bacımın oğlu Emin. Dayı-bacıoğlu bir arada... 

 

Anam telefonla danışmağı çox sevirdi. Zarafatla çəkilən fotolardan biri...

 

Atam süfrə arxasında...


Nəyisə dərindən düşünürümsə əllərimi bu cür çarpazlamağı xoşlayıram.


Görkəmli bəstəkar Tofiq Quliyevlə konsert zamanı... 

 

1968-ci ildə birinci mükafat almağım münasibətilə gözəl xanımlardan biri məni təbrik edir.  


Bu bizim ailəmizdir. Atam Şəmsi Bədəlbəyli, sağdan 3-cü anam, əmim Əfrasiyab Bədərbəyli - soldan birinci və xalalarım.

 

Qara Qarayevlə dəniz qırağında... Yenə də ortaq marağımız və sevgimiz olan musiqi  haqqında müzakirə edirik.


 

1968-ci il, birinci mükafatımı alıram. İlk mükafatım, ilk uğurum...

 

Maestro Niyazi ilə konsertdir. Yaman məğrur dayanmışam...

 

Maestro Niyazi ilə zarafatlaşırıq...   

Mən, bəstəkar Paxmutova və Polad Bülbüloğlu. 1980-ci il.


Məşhur rəssam Elbəy Rzaquliyevlə birgə. Bizim hər ikimiz dövlət mükafatı alırıq...


Çox kədərli bir fotodur. Rafiq Hüseynov, mən, Arif Babayev,Famil Mehdi. Ağdamın axrıncı günləri...

 

Polad Bülbüloğlu ilə zarafat edirik. Zarafatımızın nə olduğunu sizə deyə bilmərəm. Çünki bu sirdir. Belə şeyləri açmaq olmaz.

 

Almaniyada qızım Dilarə və həyat yoldaşım Nailə xanım. Qızımın adını özüm qoymuşam.  


Bu Amerikada  Nyuport festivalı zamanı çəkilmiş bir şəkildir. Qollarımı bu cür açmaqla yəqin ki, "nə gözəldir bu gün, nə gözəldir aləm" demək istəyirmişəm.


 Rəhmətlik Heydər Əliyev deyəsən mənə deyir ki, "sən nə yaman kökəlmisən!"...

 

Burada isə Siyavuş Kərimiyə mən nəsə deyirəm. Yadımda deyil, indi özümə də maraqlıdır ki, görəsən əllə-qolla nə deyirəm?

 

Rusiyanın mədəniyyət naziri, Polad Bülbüloğlu və mən. Moskvada Azərbaycan günlərini müzakirə edirik.

 

Dahiyanə bir duruşla fikirə getmişəm...

 

60 illik yubileyimin konsertidir.  Deyəsən razı qalmışam. Çox məmnunluqla gülümsəyirəm.  

 

60 illiyimdə konsert zamanı...  

 

Rus şairi, dostum Andrey Dementyev Azərbaycana gəlib, mən orada çıxış edirəm. 

 

Konsertlərimdən birində... Birdən emosiyalara qapılaram və yalnışlıq olar deyə, diqqətimi yalnız notlara yönəldirəm. Çox gərginəm.

 

Dəyərli xatirədir...  

 

Rostropoviçlə konsertdən...

 

Rostropoviçə burada qılınc bağışlayıram. Vuruşmaq döyüşmək, kəsmək mənlik deyil. Amma Rostropoviç vuruşan idi...

 

Heydər Əliye Rostropoviçə təqdim olunan qılınca baxır. Deyəsən qılıncın kefiyyətini müzakirə edirik. Kişi yaman baxır…

Bu da konsertlərin birindən xatirədir. Görünür beynimdə yenə də hansısa bir musiqini analiz edirəm.

 

Dirijor Rauf Abdullayevlə konsert zamanı...

 

Yazıçı Çingiz Abdullayev çox yaxın dostumdur. Ən çox bəyəndiyim əsəri “Mavi mələklər”dir.

 

Türk dünyasının məşhur yazıçısı Oljas Süleymanovla görüşümüzdən bir xatirə şəkli...

 

Polad Bülbüloğlunun yubileyi. Oynayırıq.. Mahnının ritmi belədir “rəm dara ray-ray"... Ay Allah, rəqsin adını xatırlamdım.

 

Polad məndən daha aktivdir. Poladla mən 5 yaşımdan dostuq. Zarafat deyil…

 

Alim də mənim dostumdur. Onunla tez-tez qastrol səfərlərində bir yerdə oluruq. Görünür ikimizin də kefi kökdür..

 

  Dostum Akif İslamzadə ilə müzakirə aparırıq.

 

Murad Adıgözəlzadənin atası Zöhrab Adıgözəlzadə. Gözəl pianoçu. Heyif ki, tez rəhmətə getdi...

 

Qəbələdə festivalı zamanı. Murad Adıgözəlzadə, balaca qızı və mən. Fürsətdən istifadə edib təbiətin qoynuna çəklimişik. Gərək fotoda dinamika olsun da..


Vasif Adıgözəlovla qonaqlıqların birindəyik...

 

Tahir Salahovla haradasa bir görüşdür. Tarixi, məkanı dəqiq xatırlamıram.

 

Bu da sevdiyim şəkillərdəndir. Tamara Sinyavskaya, Müslüm Maqomayev, Xuraman Qasımova, Polad Bülbüloğlu və mən. Bu şəkil Filarmoniyada "Bülbül müsabiqəsi" zamanı çəkilib.

 

Polad Bülbüloğlu, mən və Rusiyanın məşhur jurnalisti Mixail Qusman...

  

Timuçin Əfəndiyevlə birlikdə Vyanadayıq.

 

Dirijor Yaşar İmanov və mən. 

 

  Neft Akademiyasında rektor Siyavuş Qarayevlə görüş.

 

Bu şəxs Rusiyanın tanınmış şairi Andrey Dementyevdir. Onun əsgər haqqında bir şeiri var ki, xüsusi ilə sevirəm. Oğlunu itirmiş əsgər anası sənədli filmə baxarkən oğlunu görür. Birdən qışqırır ki, "uzan-uzan, vurarlar səni!". Çox təsirli bir şeirdir. Bu şair Azərbaycanın dostudur. Nizami Gəncəvinin 1990-cı ildə yubileyi olanda heç kim gəlmədi, yalnız o gəldi. Çox etibarlı dostdur.

 

Elçin Əfəndiyev və mən. 

 

Miniatür kitablar muzeyində...

 

Burada isə dostum Siyavuş Kərimi ilə birgə...

Qızım Dilarədir. Toy məclisindəyik. O, mənim fəxrimdir.

 

Vyanada, Dunay parkı, Uzeyir Hacıbəylinin 125 illik yubileyi. Yanımdaki xanım isə bizim müəlliməmizdir. Gözəl xanımların yanında olmağı həmişə sevirəm...

 

Bura Göygöldür. Sözlə ifadə edilməyən anlarım...

 

Məşq zamanı... Görünür məşq zamanı gərgin olmadığım vaxtlar da olur, gülməyə də imkan tapıram...

 

  Yerli telekanallardan birinə müsahibə verirəm...

 

  Mərdəkanda kimsəsiz uşaqların orkestri. Biz onlara sposurluq edirik...

 

 

6-cı məktəbdə qızlarla görüş. Qız uşaqlarını çox istəyirəm. Hayıf ki, hələ nəvəm yoxdur. Deyəsən qarşılıqı gülüş paylaşırıq

 

Bülbülün büstünün açılış mərasimidir. Cənab Prezident də buradadır. Nitq söyləyirəm...

Prezident "Cazklub"a gəlir. Mən də onu qarşılayıram.

 

 

 

 

Modern.az portalı ilə FOTOSÖHBƏT-dən bir neçə məqam.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi