Modern.az

Komitə sədrindən gələn ilin büdcəsi ilə bağlı ŞƏRH

Komitə sədrindən gələn ilin büdcəsi ilə bağlı ŞƏRH

3 Dekabr 2021, 12:27

Manat ifadəsində ən böyük büdcə kimi xarakterizə olunan 2022-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin komitələrində və plenar iclaslarda ətraflı və geniş müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxış edən  Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.


O bildirib ki, Maliyyə və İqtisadiyyat nazirləri, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumat verib və müzakirələrdə aktivlik göstəriblər:


"Büdcə müzakirələri dövlət başçısının tövsiyələrinə və dövrün tələblərinə uyğun olaraq bu il daha əhatəli və inkluziv formada təşkil edilmiş, hər bir Milli Məclis üzvünə müzakirələrə qatılmaq imkanı yaradılmış, onları maraqlandıran hər bir suala dövlət orqanları və iqtisadi siyasət komitəsi tərəfindən müvafiq cavablar verilmişdir. Umumiyyətlə, hesab edirik ki, 2022-ci il dövlət büdcəsi layihəsinin həm komitələr, həm də plenar iclas zamanı geniş və peşəkar müzakirələri Milli Məclis-Hökumət arasında olan səmərəli əməkdaşlığının mühüm göstəricilərindən biridir. Dövlət büdcəsi və icmal büdcə layihəsi Milli Məclisin plenar iclaslarında 1-ci və 2-ci oxunuşlarda millət vəkilləri tərəfindən müsbət qiymətləndirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində Azərbaycan iqtisadiyyatınin 2021-ci ildə bütün sahələrdə artım müşahidə etdirməsi, 2022-ci ildə iqtisadiyyatmızın bu artım mərhələsini davam etdirəcəyi ilə bağlı proqnozlar, makroiqtisadi sabitliyin, zəruri təhlükəsiz və sosial şəraitin inkişaf etdirilməsi ilə bağlı 2022-ci ildə planalşdırılan tədbirlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş maliyyə vəsaitləri deputat həmkarlarım tərəfindən müsbət qiymətləndirilmişdir”.


T.Mirkişili deyib ki, 2022-ci ilin dövlət büdcəsi və icmal büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanmış, ictimai müzakirələr üçün açıq dərc edilmiş, kütləvi informasiya vasitələrində çıxış edən millət vəkilləri, ekspertlər 2022-ci ilin dövlət büdcəsi layihəsini növbəti ildə ölkəmiz qarşısında duran çağırışlara , dövlətimizin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir sənəd kimi qiymətləndiriblər.

“İşğaldan azad olunan ərazilərin sürətlə iqtisadiyyatımıza inteqrasiyası üçün büdcədə nəzərdə tutlan imkanları xüsusi olaraq yüksək qiymətləndiririk. Azərbayan Respubliaksının Hesablama Palatası büdcə layihəsinə müsbət rəy vermişdir.

Bir daha qeyd etmək istərdim ki, 2021-ci ilin təqdiq olunmuş göstəriciləri ilə müqayisədə 2022-ci il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 milyon manata çatdırılmışdır. Dövlət büdcəsi kəsirinin 3 milyard 063 milyon manat, 2022-ci ildə inflyasiyanın orta illik göstəricisinin 4 faiz, ümumi daxili məhsulun real artım tempinin 3,9 faiz, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı proqnozlaşdırılmışdır.

Qeyd edim ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirləri bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 930 milyon manat artıq nəzərdə tutulmuşdur.

Büdcə layihəsində sosial yönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46.4%-nə çatdırılmışdır. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün bu məqsədlə ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılmışdır. Ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsait nəzərdə tutulmuşdur”. 


Komitə sədrinin sözlərinə görə, müzakirələr zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər bütövlükdə ölkə iqtisadiyyatının ayrı-ayrı istiqamətlərinin, qeyri-neft sektorunun sürətli inkişafı, özəl investiyaların cəlb edilməsi üçün yeni mexanizmlərin yaradılması, regionların, sahibkarlığın inkişafı imkanlarından daha çox istifadə edilməsi hesabına gələcəkdə dövlət büdcəsi gəlirlərinin artmasına yönəlib:


“Eyni zamanda, dövlət büdcəsi xərclərindəndaha səmərəli istifadə olunması, şəffaflığın artırılması, hesabatlılığın tam təmin olunması, dövlət satınalmaları sisteminin daha da təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin daha da gücləndirilməsinin vacibliyi müzakirələrdə öz əksini tapmışdır. Pandemiyanın bitib-bitməsindən asılı olmayaraq dünyanın sürətlə daha böyük iqtisadi böhrana sürüklənməsini, paralel olaraq hər yerdə müşahidə olunan qiymət artımı, məhsul qıtılığı, kommunikasiyaların qırılması, iqlim dəyişikliklərinin ciddi iqtisadi itkilərə səbəb olması, sosial stressin yaranması 2022-ci və sonrakı illərdə bütün dünya, o cümlədən bizim qarşımızda daha böyük çağırışların yaranacağını deməyə əsas verir. Buna görə də, təkliflərin və müzakirə olunan məsələlərin bir çoxu dövlət büdcəsi layihəsi ilə birbaşa bağlı olmasa da, təhlükələrin dəf edilməsi, həqiqətlərin izah edilməsi, kommunikasiyanın qurulması baxımından hesab edirəm ki faydalı olmuşdur.Müzakirələr həm də bizim daha çox gəlir, daha səmərəli xərc, daha böyük inflyasiya çağırışları ilə üz-üzə dayandığımıza işarə etmişdir. Apardırğımız təhlillər 2022-ci ilin dövlət və icmal büdcə layihələrinin qeyd etdiyim təhlükələrin təhlil edilərək tərtib edildiyini deməyə imkan verir.

Deputat həmkarlarım seçildikləri dairələrdən daxil olan seçici müraciətləri əsasında bir sıra mövcud problemlərin həlli üçün də təkliflərlərlə çıxış etmişlər. Bu cür müraciətlər müxtəlif zaman kəsiyində öz həllərini tapsa da, müşahidələrimiz göstərir ki, Bu cür məsələlərin daha peşəkar formada müzakirəsi və həlli üçün yeni bir yanaşmaya ehtiyac yaranmaqdadır. 

Eyni zamanda qeyd olunmalıdır ki, deputatların çıxışları əsasında dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də, bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Belə ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 mln. 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur:

- 76,0 milyon 800 min manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün, bundan sosial müdafiə xərclərinin artımı 76,0 mln. 462,0 min manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək:

-70 milyon 527 min manat Hüquq-mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir;

-15 milyon 363 min manat Rabitə və Nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyyatlarının formalaşdırılması,  saxlamılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökümət Buludun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

- 5 milyon 369 min manat mənzil-kommunaltəsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digərrayon və şəhərlərin mənzil-kommunal təsərrüfatıvə əsaslı təmiri xərclərinin artırılmasına;

- 2 milyon 642 mn  manat ümumi dövlətxidməti xərcləri bölməsi üzrə, bundan 1 milyon500 min manatı yeni rəsmilləşdirilmiş üzvlükhaqları üzrə öhdəliklərə (Yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqıxərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcəkdir.

- 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.

- 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir, bu da Bəsitçay dövlət təbiət qoruğunun fəaliyyətinin maliyyələşdirilməsiilə əlaqəlidir.

2022-ci ilin icmal büdcənin gəlirləri və xərclərində dəyişikliyin edilməsi təklif olunur.

Bu dəyişiklik əsasən əmək haqlarının artımı ilə bağlı Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 8,0 milyon manat artması, buna müvafiq olaraq Muxtar Respublikanın xərclərinin həmin məbləğ qədər artırılması ilə bağlıdır.

Artım nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 577,6 milyon manat təşkil edəcəkdir.

Nəticədə icmal büdcənin gəlirləri və xərclərimüvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcəkdir.

İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaqdır.

Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsində (İcmal büdcənin xərclərinin yuxarı həddi) 32 milyard 906 milyon 390 min manat rəqəmi 32 milyard 914 milyon 390 min manat rəqəmi ilə əvəz edilməsini təklif olunur”. 


T.Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı aparılan müzakirələri əhatəli və məhsuldar hesab edib:


“Hesab edirik ki, 3-cü oxunuş da müzakirə etdiyimiz dövlət büdcəsi layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranan çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə, o cümlədən sosial və təhlükəsizlik istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır. Bunları nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında 3-cü oxunuşda da qəbul etmək üçün məqbul hesab edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub