Modern.az

Bayramov-Mirzoyan görüşü bu gün baş tuta bilər

Bayramov-Mirzoyan görüşü bu gün baş tuta bilər

Aktual

3 Dekabr 2021, 13:46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyanın görüşü bu gün baş tuta bilər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin Bayramov-Mirzoyan görüşünün 2 dekabrda olacağı haqda məlumat yaymışdı. Lakin ötən gün görüş baş tutmadı.

Görüşün baş tutmamasının səbəbləri hələ açıqlanmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır