Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə Ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov deyib.
O bildirib ki, həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:
"Ümumilikdə bu günə qədər 186 nəfər azad olunub. 3 il cəza alan 423 nəfərin cəzasından 6 ay azaldılacaq".