Modern.az

Qubada əl qumbarası tapılıb

Qubada əl qumbarası tapılıb

3 Dekabr 2021, 16:26

Quba rayonu ərazisində 3 ədəd "F-1" əl qumbaraları aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub