Modern.az

Xəzərdə cəsəd qalıqları tapıldı

Xəzərdə cəsəd qalıqları tapıldı

3 Dekabr 2021, 18:22

"Xəzər dənizinin Azərbaycan sektorunda insan qalıqları tapılıb. 

Cəsəd qalıqları “Qərbi Azəri” platformasının yaxınlığında 200 metr dərinlikdə aşkarlanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilir.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda İdarədə ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir