Modern.az

Nazirliyin təklifilə bağlı qərar

Nazirliyin təklifilə bağlı qərar

3 Dekabr 2021, 19:59

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında ölkə konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq qərar qəbul edib.

 

Modern.az-ın məlumatına görə, qərarda deyilir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilsin.

 

Xatırladaq ki, "Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmanda öz əksini tapıb. Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu