Modern.az

İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar

İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar

Dünya

3 Dekabr 2021, 22:01

İraq hökuməti Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının alınması üçün ümumilikdə təxminən 100 milyon dollar büdcə ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Londonda yerləşən “Əl Ərəbi əl-Cedid” xəbər saytı İraqın yüksək hərbi mənbələrinə istinadən yazıb.

 

Mənbələrin bildirdiyinə görə, İraq “Bayraktar TB2”lərdən, xüsusən də İraq-Suriya sərhədinin monitorinqində fəal şəkildə istifadə etmək istəyir.

 

Bu çərçivədə İraqın müdafiə rəsmilərindən ibarət nümayəndə heyətinin yaxın vaxtlarda yenidən Türkiyəyə səfəri gözlənilir. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu