Belçikanın Antverpen (Antverpen) zooparkında İmani və Hermian adlı iki begemotda yeni növ koronavirus (COVID-19) aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə BBC zoopark rəsmilərinə istinadən məlumat yayıb.
Begemotların vəziyyəti yaxşıdır, lakin heyvanların necə yoluxduğu məlum deyil.
Belçika Milli Baytarlıq Laboratoriyası tərəfindən aparılan müayinədə İmani və Hermian begemotlarının testlərinin müsbət çıxdığı bildirilib.
Zooparkın açıqlamasına görə, begemotlarda ancaq burun axıntısı problemi var. Ziyarətə qadağa qoyulan və təcridxanada saxlanılan heyvanların baxıcıları da qoruyucu paltar geyinirlər. Baxıcıların testi mənfi olub.
Akif İsmayılov