Modern.az

ABŞ-da abort qadağan edilə bilər

ABŞ-da abort qadağan edilə bilər

3 Dekabr 2021, 23:14

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi hamiləliyin 15-ci həftəsindən sonra abortu qadağan edən Missisipi ştatının 2018-ci il qanununu dəstəkləmək ehtimalını nəzərdən keçirir.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, 2018-ci ildə qadınların sağlamlığı ilə məşğul olan Cekson Qadın Sağlamlığı Təşkilatı Missisipi qubernatorunun imzaladığı qanuna qarşı ştatı məhkəməyə verib.

 

İş 2020-ci ilin iyununda Konstitusiya Məhkəməsinə göndərilib.

 

Dünən Konstitusiya Məhkəməsində keçirilən iclasda mühafizəkar hakimlər altı-üç səs çoxluğu ilə “ölkədə əksəriyyət onlar kimi düşünür” deyib.

 

Qanunun Missisipi ştatında qəbul edilməsini istəyən mühafizəkarlar ABŞ tarixində “dönüş nöqtəsi” olan iki qərarın ləğv edilməsini tələb ediblər.

 

Onlardan biri qadınlara hamiləliyin birinci dövründə tam abort, sonrakı dövrlərdə isə qismən abort hüququ verən 1973-cü il qanunudur.

 

Digəri isə 1992-ci ildə qəbul edilən qanundur, buna əsasən, ilk 24 həftə ərzində abort edilə bilər, bu müddət ərzində döl ana bətnindən kənarda “yaşaya bilməz”.

 

Qəbul ediləcəyi təqdirdə iyun ayında qüvvəyə minməsi gözlənilən Missisipi qanunu milyonlarla qadının abort hüququnu əldə etməsinə mane olacaq.

 

Amerikada abort əleyhdarları uzun müddətdir ki, Ali Məhkəmədən “doğulmamış uşaqları qorumaq üçün tədbir görməyi” tələb edirlər.

2019-cu ildə ABŞ-da qeydə alınan abortların sayı əvvəlki ilə nisbətən 18 faiz artaraq 630 minə çatıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır