Modern.az

Qusarda ev yandı, 40 yaşlı kişi öldü

Qusarda ev yandı, 40 yaşlı kişi öldü

Aktual

4 Dekabr 2021, 11:25

Fövqəladə Hallar Nazirliyi (FHN) Qusarda evdə baş verən yanğınla bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, FHN-in məlumatına görə, rayonunun Gündüzqala kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli (hər mərtəbəsi 150 m², aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!