Modern.az

Bölgələrdə uşaqlarla bağlı layihə

Bölgələrdə uşaqlarla bağlı layihə

Aktual

4 Dekabr 2021, 15:28

Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə "Sosial-İqtisadi Təşəbbüslərə Dəstək" İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili məqsədi ilə layihə həyata keçirib.


Modern.az xəbər verir ki, layihə Ağstafa, Gədəbəy, Zaqatala, Balakən, Lerik, Bərdə rayonlarını əhatə edib.



Reabilitasiya müəssisələrinin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların tibbi, psixoloji-pedaqoji reabilitasiyası, sosial bacarıqların inkişafı yolu ilə cəmiyyətin həyatında sərbəst iştirakına və sosial inteqrasiyasına şərait yaradılmasını təmin etməkdir.


Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensialını müəyyən etmək, eləcə də onların valideynlərinə lazımi məsləhət və dəstək xidmətlərini göstərilməsi fəaliyətin əsas istiqamət sahələrindəndir. Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya potensialının reallaşdırılması üzrə tədbirləri həyata keçirmək sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olma, fiziki və əqli potensiallarının üzə çıxarılması məqsədi ilə mərkəzlərdə təlimlər keçirilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial-mühit diaqnostikası və sosial-psixoloji testlər aparılır, mühit oriyentasiyası tədrisi və müstəqil yaşamaq vərdişlərinin öyrədilməsi aşılanıb. 


Bu layihə ehtiyaclı kateqoriyadan olan ailələr və onların uşaqların inkişafını, sosial müdafiəsini keyfiyyətli xidmətlər və müdaxilə proqramları vasitəsilə dəstəkləməklə, onların həyatında olduqca böyük rol oynayır. 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi