Modern.az

Fulya Öztürk xəstəxanaya yerləşdirildi

Fulya Öztürk xəstəxanaya yerləşdirildi

4 Dekabr 2021, 15:46

Türkiyənin Fox TV ekranlarında yayımlanan "Fulya ile umudun olsun” proqramının aparıcısı Fulya Öztürk 3 dekabr 2021-ci il cümə günü yayımlanan yeni bölümdə verilişə çıxmayıb.

Modern.az xəbər verir ki, verilişi F.Öztürkün yerinə psixoloq Esra Ezmeci təqdim edib.

Sosial mediada "Niyə F.Öztürk yoxdur? F.Öztürk getdimi?” sualları gündəm olub.

Təcrübəli aparıcının xəstəliyi səbəbindən proqrama çıxmadığı bildirilib.

F.Öztürk Twitter hesabında xəstəxanadan foto paylaşaraq, onun üçün narahat olan və sağalmasını diləyən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, Azərbaycanda hər kəs Fulya Öztürkü Qarabağda 44 günlük Vətən Müharibəsi vaxtı ölkəmizin haqq səsini dünyaya çatdıran jurnalist kimi tanıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?