Modern.az

Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO

Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO

Aktual

4 Dekabr 2021, 17:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ixrac brendinin “Türkiye” adlandırılması ilə bağlı fərman imzalayıb.

Modern.az xəbər verir ki, prezidentin müvafiq fərmanı “Rəsmi qəzet” hökumət nəşrində yerləşdirilib.

Bundan sonra ölkədə istehsal olunan məhsullar “Made in Turkey” əvəzinə “Made in Türkiye” vahid brendi altında tədarük ediləcək.

Məlumata görə, türk məhsullarının xaricdə tanınmasını artırmaq üçün brend dəyişdirilib.

Bu qərarın ölkənin zəngin mədəniyyətini və irsini əks etdirən daha bir kompleks addım olduğu vurğulanır.

“Türkiyə” termini türk xalqının mədəniyyətini və dəyərlərini ən dolğun şəkildə əks etdirdiyi halda, türk ixracatçılarının xoş niyyətini təsdiqləmək məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.

Xarici dövlət və təşkilatlarla yazışmalarda Türkiyə termininin də istifadə ediləcəyi vurğulanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!