Modern.az

Ermənistanda polis polkovniki həbs edildi

Ermənistanda polis polkovniki həbs edildi

4 Dekabr 2021, 17:46

Ermənistanda yüksək rütbəli polis işçisi həbs edilib.

Modern.az xəbər verir ki, polkovnik Vardan Minasyan bu gün məhkəmənin qərarı ilə həbs edilib. Bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.

 

Xatırladaq ki, yüksək rütbəli polis məmuru tabeliyində olan bölmənin rəisi ilə birlikdə külli miqdarda mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur.

 

Minasyan tabeliyində olan bölmələrin rəhbərlərindən pul yığıb, pulların başqa şəxslər vasitəsilə onun adına açılmış bank hesablarına daxil edilməsini tapşırıb, bununla da onların mənşəyini təhrif etməyə cəhd edib.

V.Minasyan 2015-2016-cı illərdə Polisin Dövlət Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir