Modern.az

Keçmiş prezident Putinin partiyasına sədr seçildi

Keçmiş prezident Putinin partiyasına sədr seçildi

Dünya

4 Dekabr 2021, 18:11

Keçmiş prezident Dmitri Medvedev yenidən hakim "Vahid Rusiya" Partiyasının sədri seçilib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev partiyanın bu gün keçirilən qurultayında səsvermədən qalib ayrılıb.

Qeyd edək ki, Medvedevin namizədliyini partiyanın Ali Şurasının sədri Boris Qrızlov təklif edib.

Dmitri Medvedev Rusiya Təhlükəsizlik Şurasının sədr müavinidir. O, 2012-ci ildən bəri Vahid Rusiya" Partiyasına rəhbərlik edir.

Partiya sədrinin səlahiyyət müddəti 5 ildir.

D.Medvedev 2008-2012-ci ilərdə Rusiya federasiyasının prezidenti olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır