Modern.az

Keniyada avtobus çaya düşdü - 23 ölü 

Keniyada avtobus çaya düşdü - 23 ölü 

Dünya

4 Dekabr 2021, 22:13

Keniyada toya gedən insanları daşıyan avtobus çay üzərindəki körpüdən keçərkən aşıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

Bildirilir ki, çayın sürətlə axını avtobusun aşmasına səbəb olub. Hadisə nəticəsində 23 nəfər ölüb. Ölənlər arasında uşaqlar da var. Ölənlərin 15 nəfəri bir ailənin üzvləridir.

 

Xilasedicilər 12 nəfəri xilas edə biliblər. 

54 yerlik avtobusda neçə nəfərin olduğu hələ müəyyən edilməyib.

 

Çayın iti axması xilasetmə işlərinə maneə yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!