Modern.az

ATƏT XİN başçılarının görüşünü keçirməyə HAZIRDIR

ATƏT XİN başçılarının görüşünü keçirməyə HAZIRDIR

Aktual

4 Dekabr 2021, 22:26

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.

 

Bu barədə Modern.az həmsədrlərin birgə bəyanatında istinadən xəbər verir.

 

Bəyanatda bildirilir ki, həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün baş tutmamasından təəssüflənirlər: "Həmsədrlər sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait imkan verən kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildiriblər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır