İranın Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsi eşidilib.
Modern.az xəbər verir ki, partlayışın səsini, eləcə də ətrafa saçan güclü işığı yerli sakinlər də görüb.
Partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur.
IRNA agentliyi mənbəyə istinadən yazıb ki, hadisə nəticəsində itkilərin olmadığı qeyd edilir.
Partlayış hava hücumundan müdafiə sisteminin işə salınması nəticəsində baş verib.
Akif İsmayılov