Modern.az

Dünyanın turizm paytaxtı bu şəhər olacaq

Dünyanın turizm paytaxtı bu şəhər olacaq

Dünya

4 Dekabr 2021, 23:31

İspaniyanın paytaxtı Madriddə keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 24-cü iclasında Özbəkistanın Səmərqənd şəhəri 2023-cü il üçün Dünyanım Turizm Paytaxtı seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistanın Turizm və İdman Nazirliyi məlumat yayıb.

 

Səmərqənddə 2023-cü ildə UNWTO-nun 25-ci toplantısına ev sahibliyi edəcəyi bildirilib və Özbəkistanda keçiriləcək sözügedən görüşün tarixi hadisə olduğu vurğulanıb.

 

Bəyanatda bildirilib ki, Özbəkistanda ilk dəfə BMT nəzdində bir qurumun toplantısına ev sahibliyi etməsi hökumətin ölkədə turizmin inkişafı istiqamətində göstərdiyi səylərin nəticəsidir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı